Şənbə, 04 May

Qırğızıstan Prezidenti qohumunu HƏBS ETDİRDİ

image

Qırğızıstan Prezidenti Sadır Japarovun qohumu Ulan Japarov Bişkekdə saxlanılıb.

Xəbər verilir ki, İssık-Kul rayonunun Ken-Suu kəndindən olan 32 yaşlı Japarov Bişkekdəki təcridxanaya yerləşdirilib.

Məlumata görə, bununla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin “Korrupsiya” maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq Xidməti tərəfindən araşdırma aparılır.

Paytaxtın Pervomayski Rayon Məhkəməsindən bildirilib ki, Ulan Japarov iyulun 26-dək həbsdə qalacaq.

Qeyd edək ki, o, prezidentin əmisi oğlu Rakımjan Japarovun oğludur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15