Şənbə, 04 May

Bakı metrosunda dava düşüb - Saxlanılanlar var - VİDEO

image

Ötən gün Bakı metrosunda dava düşüb.

Bu barədə görüntülər daxil olub.

Məlumata görə, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev sorğusuna cavab olaraq bildirib ki, iyunun 5-də metronun “Əhmədli” stansiyasında   polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

Sözügedən görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15