Şənbə, 20 Aprel

Ərdoğanın Putinlə bağlı sözləri olay oldu: “O dedi ki...”

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı və amerikalı həmkarları - Vladimir Putin və Co Bayden arasındakı gərginliklə bağlı açıqlamasına Rusiya mətbuatında geniş yer verilib.

Aftafa.tv xəbər verir ki, rus mətbuatı Ərdoğanın Baydeni Putinlə bağlı söylədikləri üçün tənqid etdiyini yazıb.

TASS: “Ərdoğan Baydenin Putinlə bağlı açıqlamalarının qəbuledilməz olduğunu dedi. Ərdoğan onu da bildirdi ki, Putin Baydenə çox ağıllı cavab verib”.

“Novosti”: “Ərdoğan Baydeni Putinlə bağlı səsləndirdiyi fikrə görə tənqid etdi. Türkiyə lideri Putinin Baydenə cavabının çox zəif olduğunu söylədi”.

Ərdoğanın Baydenə cavabına geniş yer verən “Kommersant” qəzeti yazıb: “Ərdoğan Baydenin Putinlə bağlı açıqlamalarının bir prezidentə yaraşmadığını bildirdi”.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl verdiyi müsahibədə Putini “qatil” adlandırıb. O, Rusiya liderinin ABŞ seçkilərinə müdaxilənin əvəzini ödəyəcəyini deyib.

Putin isə Baydenə can sağlığı diləyib. Bundan başqa, Rusiya lideri Baydenə görüşməyi təklif edib.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20