Bazar, 05 May

Milyarder yaşadığı şəhərin sakinlərinə 70 min dollar PAYLADI

image

“Booyoung Group”un sədri Li Çjun Kın böyüdüyü Sunçxon şəhərinin Unpyonri kəndindəki 280 ailənin hər birinə təxminən 70 min dollar bağışlayıb.

Xəbər verilir ki, 82 yaşlı milyarder həmçinin kənd sakinlərinə bahalı hədiyyələr və tarix kitablar paylayıb.

Məlumata görə, nağd ödənişlər də daxil olmaqla ianələrin ümumi məbləği təxminən 180 milyon dollar təşkil edib.

Milyarder qeyd edib ki, onun əsas məqsədi bu illər ərzində doğma kəndinin qorunub saxlanmasına kömək edən bütün sakinlərə minnətdarlığını bildirmək olub.

Qeyd olunub ki, Li və şirkəti Kamboca, Vyetnam və Laosda da xeyriyyə ianələri edib.

Belə ki, Li öz karyerasına 1970-ci illərdə daşınmaz əmlak istehsalçısı kimi başlayıb. O, Koreyada mənzil kirayəsi biznesində qabaqcıl iş adamlarından hesab olunur. “Booyoung Group” 16 milyard dollar aktivlə Koreyanın 22-ci ən böyük konqlomeratıdır. Li həmçinin 1 milyard dollardan çox şəxsi sərvəti ilə ölkənin ən zəngin 30 adamından biridir.

Məlumata görə, 2004-cü ildə iş adamı vergidən yayınma və şirkət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə həbs olunub. 2018-ci ildə o, oxşar ittihamlarla yenidən 2,5 il müddətinə azadlıqdan məhrum edilib və 2021-ci ildə şərti azadlığa buraxılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15