Cümə axşamı, 02 May

“Yasak Elma” və “Yargı”nın məşhur aktyorları EVLƏNDİLƏR - FOTO/VİDEO

image

"Yasak Elma" serialının sevilən aktrisası Eda Ece ailə həyatı qurub.

Xəbər verilir ki, aktrisa 4 ildir sevgili olduğu türk milli basketbolçusu Buğrahan Tuncerlə evlənib.

Cütlüyün özəl günü İstanbulun dəbdəbəli məkanlarından birində baş tutub.

Toya bir çox məşhur cütlük axın edib. Onlar arasında Barış Arduçla Gupse Özay, Berk Oktayla Yıldız Çağrı Atiksoy da olublar.

Qeyd edək ki, Eda bir neçə gün əvvəl ticarət mərkəzlərində kameraya tuş gəlib. O, toyunun iyunun 21-də İstanbul boğazında yerləşən “Four Seasons Bosphorus” oteldə baş tutacağını açıqlayıb.

Eda Ece bu günə qədər "Pis Yedili", "Beni Böyle Sev", "Kızım İçin", "İlişki Durumu: Karışık", "Görümce" kimi reytinqli ekran işlərində yadda qalan obrazlar yaradıb.

Türkiyənin ən baxımlı seriallarından olan “Yargı”nın əsas rol aktyoru Kaan Urgancıoğlu da subaylığın daşını atıb.

Xəbər verilir ki, o, ani qərarla uzun müddətdir sevgili olduğu Burcu Denizerlə ailə qurub. Cütlüyün Yunanıstanda ailə üzvlərinin və yaxınlarının iştirakı ilə baş tutan kiçik məclisdə nigahları olub.

Onların özəl günündən lentə alınan fotolar sosial şəbəkələrdə yayılıb.

Kaanın anidən evlilik qərarı alması Burcu Denizerin hamilə olması iddialarının yayılmasına səbəb olub.

Xatırladaq ki, Kaan Urgancıoğlu “Leyla ile Mecnun”, “Filinta”, “Kara Sevda”, “Ayrılık”, “Bir ömür yetmez” kimi serial və filmlərdə rol alıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15