Çərşənbə axşamı, 07 May

Blinken: UKraynaya 1,3 mlrd. dollarlıq yardım göndəriləcək

image

ABŞ münaqişədən əziyyət çəkən ölkəyə enerji şəbəkəsini bərpa etmək, limanları, dəmir yollarını və digər infrastrukturu modernləşdirmək üçün Ukraynaya daha 1,3 milyard dollar yardım göndərəcək.

Xəbər verilir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

O, Londonda keçirilən Ukraynanın Bərpası Konfransında deyib: “Bərpa Ukraynanın təhlükəsiz, Avropa ilə tam inteqrasiya olunmuş, bütün dünya bazarlarına bağlı müstəqil dövlət kimi çiçəklənməsinin əsasını qoyur. ABŞ Konqresinin dəstəyi ilə biz Ukraynaya bu məqsədə çatmaq üçün 1,3 milyard dollardan çox əlavə yardım göstərəcəyik”.

Blinkenin sözlərinə görə, bu məbləğin 520 milyon dolları Ukraynanın köhnəlmiş enerji şəbəkəsini düzəltməyə, 657 milyon dollar isə sərhəd keçidlərinin, limanların, dəmiryol xətlərinin və digər mühüm infrastrukturun təkmilləşdirilməsinə sərf olunacaq.

Təxminən 100 milyon dollar "sürəti yaxşılaşdırmaq və korrupsiyanı azaltmaq üçün" Ukraynanın gömrük və digər sistemlərinin rəqəmsallaşdırılmasına, digər 35 milyon dollar isə maliyyələşdirmə və sığorta yolu ilə Ukrayna bizneslərinə kömək üçün istifadə olunacaq.

Blinken bildirib ki, yeni yardım ABŞ-ın Ukraynaya ayırdığı 20 milyard dollardan çox iqtisadi və inkişaf yardımını tamamlayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58