Cümə axşamı, 25 Aprel

Beynəlxalq media Prezidentin Novruzu Şuşada qeyd etməsindən yazdı

image

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramını Azərbaycanın ötən payız müharibəsində erməni işğalından azad etdiyi mədəniyyət paytaxtı Şuşada təntənəli bir tonqal ətrafında qeyd edib.

Aftafa.tv xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Washington post” nəşrində məqalə dərc olunub.

Yazıda Azərbaycan şəhəri Şuşanın 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlıları tərəfindən işğal olunduğu, ötən ilin sonlarında Azərbaycan ordusu tərəfindən azad edildiyi qeyd olunub.

Məqalədə İlham Əliyevin tonqal ətrafındakı nitqindən sitat gətirilib:

“Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. . Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33