Cümə, 03 May

Kəmaləddin Heydərov Ruslan Ağamirzəyevə yeni vəzifə verdi - FOTO

image

Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeçiliyindən alınan Su Ehtiyatları Dövlət Agentliyinin keçmiş rəis müavininə yeni vəzifə verilib.

Xəbər verilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Çoban oğlu Ağamirzəyev FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ruslan Ağamirzəyev 1975-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat fakültəsinin Dağ mühəndisliyi-hidrogeologiya ixtisasını bitirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15