Çərşənbə, 15 May

Dilarə Əliyeva dəhşətli qəzanın baş vermə anı barədə danışdı: Biz qışqırdıq... - VİDEO

image

Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva mərhum həyat yoldaşı, əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin həlak olduğu yol-nəqliyyat hadisəsi barədə danışıb.

Xəbər verilir ki, Dilarə Əliyeva "AStar"a açıqlamasında hər şeyin bir anın içində baş verdiyini bildirib.

"Mən arxada, Mehriban isə irəlidə oturmuşdu. Yol boyu deyirdik, gülürdük, zarafat edirdik. Oqtay çox gözəl maşın sürürdü. Hər şey yaxşı idi. 3-4 dəqiqə idi ki, biz onunla danışmadıq. Birdən baxdıq ki, maşın sürətləndi. Maşının sürətlənməyi ilə biz qışqırdıq. Mehriban bir yandan, mən bir yandan, "Oqtay, Oqtay", - deyərək çağırırdıq. Maşın bir anın içində aşdı", - deyə D.Əliyeva əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00