Çərşənbə, 15 May

Dini təhlükəsizliyin təmin olunmasında medianın gücü – Dövlətə xəyanət və terror YOLVERİLMƏZDİR

image

Media müasir dünyada ən aparıcı qüvvəyə çevrilib. Mətbuat müxtəlif ölkələrdə çevriliş, iğtişaş, qarışılıq yaratmaqla yanaşı sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasında da böyük rola malikdir. Məhz medianın düzgün istiqamət alması və cəmiyyətdə marifçilik funksiyasını öz üzərinə götürməsi bütün sahələrdə olduğu kimi, o cümlədən dinlərarası tollerant bir mühitin formalaşmasına öz töhfəsini verir.

Mətbuatın müxtəlif ölkələr və qrupların təbliğat alətinə çevrilməməsi dini sahədə, xüsusən inanclı insanlar arasında radikallaşma meyillərinin sıfıra endirilməsini təmin edə bilər. Müxtəlif dinlərin sülh, bərabərlik və dözümlülüklə bağlı vacib mesajlarının qabardılması istənilən ölkədə insanların sakit və rifah içində yaşamasına təkan verir.

Nəzərə almaq lazımdır ki, müxtəlif radikal cərəyanlar təbliğatını dayanmır, məlumatsız və sosial rifahı aşağı olan insanları alətə çevirir. Bunun nəticəsində bəzən ölkələrdə qarışıqlıqlar, toqquşmalar və iğtişaşlar baş verir. Radikal qruplaşmaların təbliğatı nəticəsində öz ölkəsini tərk edərək Yaxın Şərqdəki silahlı qruplaşmalara qatılmaq halları da kütləvi şəkildə baş verir. Belə hallara əfsuslar olsun ki, Azərbaycanda da rast gəlinib. Məhz radikal cərəyanların təbilğat toruna düşmüş şəxslər ölkəsini tərk edərək Yaxın Şərqdəki silahlı qarşıdurmalarda iştirak ediblər. Onların arasında yaşlı nəsillə yanaşı, azyaşlılara rast gəlinir. Yaxın Şərqdəki müharibələrdə iştirak etmiş şəxslər ən pis halda qarşıdurmalarda öldürülmüş, ən yaxşı halda isə əsir düşərək həbsxanalarda məhbus həyatı yaşayırlar.

Ötən gün İraqdakı həbsxandan Azərbayacan gətirilən iki qadının acı taleyi də bunu deməyə əsas verir. 13 və 14 yaşlarında ərə verilərək İŞİD terror qruplaşmasının sıralarında döyüşən şəxslərlə Yaxın Şərqdə yaşayan bu qadınlar bir müddət sonra ərləri öldükdən sonra həbsxanada başlarına gələn dəhşətləri dilə gətiriblər. Məhz Azərbaycan dövlətinin humanist və vətəndaşına sahb çıxmaq siyasəti nəticəsində bu şəxslər İraq həbsxanasından Azərbaycana gətiriliblər. Göründüyü kimi, radikal fikirlərin qurbanı olan bu vətəndaşlarımız peşmançılıq hissi keçirir və onlara sahib çıxdığı üçün Azərbaycan dövlətinə təşəkkür ediblər.

Əslində bu hadisə radikal və təkfirçi ideologiyasında olan şəxslər üçün bir nümunə olmalıdır. Onlar başa düşməlidir ki, qəbul etdikləri ideologiya onları sadəcə uçuruma aparır. Dini düşüncələrə sahib olmaqda azad olsalar da radiklallıq nümayiş etdirmək və təhlükəli addımlar atmaq qətiyyən yolverilməzdir. Sonralı ən yaxşı halda həbsxana, ən pis halda isə öldürülmək olacaq.

Bu kimi halların qarşısının almınmasında medianın iştirakı olduqca vacibdir. Bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə böyük vəzifələr düşür. Media Azərbaycanda dini təhlükəsizliyin tam təmin olunması, gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Həm ziyalılarımız, həm də jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir.

Bu gün Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Ölkədə dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bunun nəticəsidir ki, həm qonşu, həm də digər ölkələrə causuluq etmiş, eyni zamanda Yaxın Şərqdəki silahlı qarşıdurmalarda iştirak etmiş şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunublar. Ölkəsinə və dövlətinə xəyanat etməyi ağlının ucundan keçirməyi düşünənlər bilməldiir ki, onların aqibəti heç də yaxşı olmayacaq. Onların müəyyən edilməsi heç də çətin olmayacaq və ömürlərinin böyük hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcəklər.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, bəzi ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışırlar. Azərbaycanda həm İslam dininin nümayəndələri, həm də digər dinlərin nümayəndələri özlərini xoşbəxt və təhlükəsiz mühitdə hiss edirlər. Azərbaycada dinlər arası vəhdət və qardaşlığın nümunəsi 44 günlük müharibədə bairz şəkildə nümayiş etdirilib. Heç kimə sirr deyil ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə müsəlman vətəndaşlarımızla yanaşı, xristian və yəhudi vətəndaşlarımız da əlinə silah alaraq orud sıralarımızda canlarını fəda ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00