Bazar, 12 May

Tokio administrasiyası qərar verdi: Bütün şəhər qurumlarının işində süni intellektdən istifadə ediləcək

image

Yaponiya paytaxtı Tokio administrasiyası avqust ayından etibarən paytaxtda fəaliyyət göstərən bütün qurumların işində “ChatGPT” süni intellektinə əsaslanan çatbot tətbiq etmək niyyətindədir.

Bu barədə jurnalistlərə açıqlamasında Tokio qubernatoru Yuriko Koike bildirib.

“Avqust ayından etibarən bütün qurumlarda “ChatGPT”dən istifadəyə başlanılacaq. Bu innovativ texnologiyanın üstünlüklərini və mənfi cəhətlərini nəzərdən keçirərək biz bir sıra inzibati sahələrdə onun istifadəsini təşviq etmək niyyətindəyik”, - deyə qubernator qeyd edib.

Yuriko Koikenin sözlərinə görə, “ChatGPT”dən sənədlərin və yerli əhali üçün bülletenlərin hazırlanmasında istifadə ediləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44