Cümə, 03 May

Berluskoninin dəfn gün İtaliyada milli matəm elan ediləcək - YENİLƏNİB

image

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn olunduğu gün İtaliyada milli matəm elan ediləcək.

Xəbər verilir ki, sabiq baş nazirlə vida mərasimi iyunun 14-də Milanda keçiriləcək.

“İyunun 12-dən 14-dək İtaliyanın dövlət qurumlarında və xaricdəki diplomatik nümayəndəliklərinin binalarında bayraqlar yarıya qədər endiriləcək. İyunun 14-də milli matəm elan olunacaq”, - “Adnkronos” agentliyi hökumətdən sitat gətirib.

Milanın Kuriyası dəfn mərasiminin şəhərin Katedralində keçiriləcəyini təsdiqləyib. Mərasimə arxiyepiskop Mario Delpini rəhbərlik edəcək.

Berluskoni iyunun 9-dan müalicə aldığı Milanın San Raffaele xəstəxanasında bu gün 87 yaşında vəfat edib. 

Siyasətçi dörd dəfə İtaliyanın baş naziri olub və ötən ilin sentyabrında Senata keçirilən seçkilərdə qalib gəlib.

12:47

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vəfat edib.

Xəbər verilir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Eks-baş nazir Milanda bir müddət öncə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 

Sentyabrda onun 87 yaşı tamam olacaqdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15