Çərşənbə, 15 May

Şahdağ Milli Parkında üç zubr balası dünyaya gəlib - FOTO

image

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycanın Şahdağ Milli Parkına gətirilən zubrlardan üçünün balası dünyaya gəlib.

Məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, artıq milli parkda zubr balalarının sayı 8-ə çatıb.

Qeyd olunub ki, balalar sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulublar.

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Hazırda zubrların sayı 44-ə çatıb.

Avropa zubru Azərbaycanın “Qırmızı Kitab”ının yeni çapdan çıxmış 3-cü nəşrinə daxil edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00