Bazar, 05 May

Trampa qarşı 400 illik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb

image

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 400 ilik həbsi nəzərdə tutan ittihamlar irəli sürülüb.

Xəbər verilir ki, Florida Cənub Dairə Məhkəməsinin ittiham aktına əsasən, ABŞ hakimiyyəti keçmiş prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri qanunsuz saxlamaqda ittiham edib.

İttihamlara əsasən, ABŞ administrasiyasının keçmiş rəhbərinə qarşı mümkün cəzaların əlavə siyahısında 37 bənd, onun köməkçisinə qarşı isə 6 bənd göstərilib.

Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr var. 31 maddə üzrə Trampı 10 ilə qədər həbs və 250 min dollara qədər cərimə, daha dörd maddə üzrə 20 ilə qədər həbs və 250 min dollara qədər cərimə gözləyir.

Qeyd olunur ki, Trampa qarşı irəli sürülən ittihamlar dövlət vəzifəsində işləməyə qadağa şəklində sanksiyalar nəzərdə tutmur. Beləliklə, Tramp prezidentliyə seçilə və bu vəzifəni tuta bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15