Cümə axşamı, 25 Aprel

Vəliyevlərin milyonluq mülkünə həbs qoyuldu

image

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğluna məxsus şirkət məhkəməlik olub. 

Xəbər verilir ki, Nərimanov Rayon Məhkəməsində 2009-cu ildə “Delfin” MMC-nin mülkiyyətinə verilmiş və Yevlax şəhərində yerləşən 2 ha torpaq sahəsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılıb.

Zərifə Səfərova ərizə təqdim edərək əri ilə birgə nikah dövründə əldə edilmiş mülkiyyət üzərində hüquqlarının bərpa edilməsini tələb edib.

O bildirib ki, əri 2009-cu ildə ondan xəbərsiz və rəsmi icazəsi olmadan milyonlarla manat dəyəri olan mülkiyyəti qanunsuz olaraq Elmir Vəliyevin təsisçisi olduğu “Delfin” MMC-nin adına keçirib:

“Ərim Mətləb Səfərovla birgə nikah dövründə əldə edilmiş əmlak həmin vaxt Yevlaxın icra başçısı olan Elmar Vəliyevin təzyiqi ilə ondan alq-satqı müqaviləsi əsasında qanunsuz şəkildə “Delfin” MMC-nin adına keçirilib. Həmin alqı-satqıdan bu ilədək məlumatım  və əmlakın satılması ilə bağlı hər hansı razılığım olmayıb. Sonradan alqı-satqı müqaviləsi ilə tanış olduqda 2 ha torpaq sahəsinin 2500 manata satılmasını öyrəndim.

Əslində, Yevlax şəhəri ərazisində 2 hektar torpaq sahəsinin real bazar və satış dəyərinin 2500 manat olması ağlabatan deyil. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi və ya girova qoyulması ehtimalı olduğundan, gələcəkdə iddianın təmini baxımından çətinliklər yarana biləcəyindən mülkiyyət üzərinə həbsin qoyulması zəruridir”.

Hakim Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Z.Səfərovanın müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilib. “Delfin” MMC-yə torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilib.

Z.Səfərovanın qeyd edilən torpaq sahəsi üzrə mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı mülki iddiasına isə iyunun 20-də baxılacaq.

“Delfin” MMC-nin rəhbəri Elmir Vəliyev Yevlax RİH-in sabiq başçısı, sonradan Gəncə ŞİH-in başçısı olmuş Elmar Vəliyevin oğludur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33