Cümə, 19 Aprel

Siyavuş Novruzov yenə müəllimlərin bostanına daş atdı

image

"Parlamentdə qaldırılan məsələdə də qeyd etmişdim ki, müəllim həm də pedaqoqdur, tərbiyə ilə də məşğul olur, təkcə təhsillə deyil. Məsələn, bir müəllim çox savadlıdır, amma pedaqoji fəaliyyəti yoxdur. Yəni bildiyini şagirdə öyrədə, onu düzgün yetişdirə, tərbiyə edə bilmir. Bunu hansı metodologiya ilə yoxlamaq lazımdır? Söhbət bundan gedir".

Xəbər verilir ki, bunu Milli Məclis üzvü Siyavuş Novruzov bildirib.

Deputat əlavə edib: "Təkcə müəllimin əxlaqından yox, ümumilikdə tədirisi çatdırmasından söhbət gedir. Gəlib imtahan verdi, keçdi, 60 bal topladı, bəs o müəllim biliyini şagirdə hansı formada çatdıracaq?

Bunu artıq yerlərdə insanlar özləri görürlər. Məktəblərə uşaqları birinci sinfə aparanda qeyd edirlər ki, filan müəllimin yanına aparacağıq, o, yaxşı təhsil verir, uşağı yaxşı öyrədir. Onlar fikir vermirlər ki, bu müəllim testdən 60, yaxud 80 bal yığıb. Müəllimin pedaqoji bacarığını, tərbiyə metodunu əsas götürürlər. Onun yetişdirdiyi şagirdlərin gələcəkdə özlərinə düzgün yol seçməsi çox vacibdir.

Bu baxımdan da, müəllimləri əslində, yerlərdə daha çox tanıyırlar. Tutaq ki respublikanın istənilən bölgəsindən bir müəllim gəlib imtahan verir, bal toplayır. Test imtahanını keçirənlər həmin müəllimin xüsusiyyətlərini haradan bilirlər? Onlar ancaq müəllimin savadını qiymətləndirə bilərlər, digər keyfiyyətlərini yox. Amma yerli məktəb direktoru, sakinlər və digərləri müəllimin başqa keyfiyyətlərini də qiymətləndirib, uşaqlarını ona etibar edirlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17