Cümə axşamı, 28 Mart

Nazirlikdən 1-ci sinfə qəbulla bağlı iddialara cavab

image

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi mövzusu müzakirə olunur. İddia olunur ki, gələcək birincilər şifahi nitq bacarıqları ilə bağlı imtahan verirlər. 

Xəbər verilir  ki, bu barədə Elm və Təhsil Nazirliyi qafqazinfo-ya bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir:

“Bir çox media orqanlarında 1-ci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində hörmətli Şahlar Əsgərovun 1-ci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir.

Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz 1-ci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub”. 

Nazirlikdən həmçinin bildirilib ki, bu proses sentyabrın 14-dək davam edəcək.

Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, tədris digər dillərdə olarsa, həmin məktəblərdə şifahi nitq bacarıqları yoxlanıla bilər: “Tədris digər dillərdə aparılan bölmələrə uşaq qəbulu zamanı onların şifahi nitq bacarıqlarının yoxlanılması ümumtəhsil haqqında qanunvericiliyin tələbidir.

Həm də uşağın gələcəkdə bu dildə  təhsil almağa hazır olub-olmamasını ayırd etməkdir. Bəzən valideynlər dili bilməyən övladlarını məktəbə yazarkən uşağın bu dili öyrənəcəyinə ümid bəsləyir.

Tədqiqatlar göstərir ki, bu, tədris dilini dilməyən uşaqlar üçün ilk illərdə öyrənmə prosesində ciddi maneə yaradır, belə uşaqlar bir çox hallarda dərin psixoloji stres keçirirlər. Həmin şagirdlər bir neçə il ərzində dili öyrənsələr də, fənlərin öyrənilməsində böyük çətinliklə qarşılaşırlar.

Bu həm də digər bölmələrdə təhsil alan şagirdlərin ümumi nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Bir daha qeyd edirik ki, məktəbi dil öyrənmək kursu ilə eyniləşdirmək düzgün yanaşma deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25