Bazar, 24 Sentyabr

Aptekdən uşaq yeməyi oğurlayan şəxs həbs edildi

image

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

Xəbər verilir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb: "Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir. 

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib".

Qeyd edək ki, daha əvvəl Lent.az-ın yaydığı məlumatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurladığı bildirilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Stadiondan 100 minlik OĞURLUQ

  • 23.09.2023 - 17:10
image

Abşeronda ev yandı

  • 21.09.2023 - 11:12