Cümə axşamı, 02 May

Dünyanın ən bahalı futbol brendi açıqlandı

image

“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini açıqlayıb.

Xəbər verilir ki, siyahı təşkilatın saytında dərc olunub.
Ətraflı

Lider İngiltərənin “Mançester Siti” komandası olub, onun brend dəyəri il ərzində 13 faiz artaraq 1,51 milyard avroya çatıb. İkinci yerdə son dörd ildə ilk dəfə zirvəni əldən verən “Real Madrid” qərarlaşıb. Onun brend dəyəri 1,46 milyard avrodur.

Reytinqdə sonrakı yerləri “Barselona” (1,37 milyard), “Mançester Yunayted” və “Liverpul” (hər biri 1,36 milyard), PSJ (1,13 milyard), “Bavariya” (1,1 milyard), həmçinin Londonun “Arsenal”ı (0,91 milyard), “Tottenhem” (0,9 milyard) və “Çelsi” (0,86 milyard) tutur.

Qeyd edək ki,  “Mançester Siti” may ayında İngiltərə Premyer Liqasının qalibi olub. Klub ardıcıl 3-cü, tarixində isə 9-cu dəfə ölkə çempionu olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15