Bazar ertəsi, 06 May

Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

image

Azərbaycanda “Street food” konsepsiyası üzərində iş gedir.

Xəbər verilir ki, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

Onun sözlərinə görə, söhbət əsasən qutab növlərindən gedir.

"Azərbaycan dilinə tərcümə edəndə “küçə yeməkləri” dünyada çox məşhurdur. Ölkəmizdə daha çox Türkiyə mətbəxinə məxsus dönər və lahmacun “Street food” kimi tanınır. Amma biz istəyirik ki, özümüzün milli yeməklərimizi təqdim edək. Bu da əsasən qutab növləri ilə bağlı olacaq. Həmçinin biz Türkiyə, İsrail kimi dost ölkələrdə milli qutab mərkəzlərinin fəaliyyət göstərməsini istəyirik. Hələ ki, milli mətbəximizin ölkəmizdə təbliği məqsədi ilə 14 müxtəlif regionda iş aparmışıq və tezliklə platforma təqdim edəcəyik”, - deyə turizm rəsmisi əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58