Bazar ertəsi, 06 May

Roma Papası nümayəndəsini Kiyevə göndərib – Hansı ölkələr sülh planı təklif edib?

image

“Kardinal Matteo Zuppi Roma Papası Fransiskin tapşırığı ilə sülhməramlı missiya ilə Kiyevə gəlib. Arxiyepiskop Zuppi iyunun 6-dək Ukraynanın paytaxtında qalacaq. Səfər kardinala həvalə edilmiş xüsusi sülhməramlı missiya ilə bağlıdır".

Xəbər verilir ki, bu barədə Vatikan Radiosu bildirib.

Bundan əvvəl, mayın 26-da Vatikanın dövlət katibi kardinal Pietro Parolin Zuppinin sülhməramlı missiyasının mahiyyətini açıqlamışdı: “Missiyanın bilavasitə vəzifəsi vasitəçilik deyil, düzgün atmosfer yaratmaq və sülh yolu ilə həllə doğru irəliləməyə kömək etməkdir”.

İyunun 5-də Ukrayna Prezidenti Volodimir Zelenski həmçinin Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlini qəbul edib. Prezident qonağa bildirib ki, son həftələrdə Böyük Britaniyanın baş naziri ilə danışıqlar aparıb və birbaşa dialoqda çox mühüm razılaşmalar əldə olunub. Zelenski Böyük Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin Ukraynaya ötürülməsi və ukraynalı pilotların hazırlanması ilə bağlı qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayıb.

Bir sıra ölkələr - Çin, Cənubi Afrika Respublikası, Braziliya, İndoneziya Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin həlli üçün öz sülhməramlı təşəbbüslərini və planlarını təklif ediblər.

Onların arasında ən çox müzakirə olunanı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümündə Çin Xarici İşlər Nazirliyinin dərc etdiyi sülh planıdır. Sənəddə on iki bənd var, o cümlədən sülh danışıqlarının bərpası, hərbi əməliyyatların dayandırılması və bütün ölkələrin suverenliyinə hörmət əksd olunub.

İndoneziyanın sülh planı mediada yayılan məlumatlardan məlum olub. Cakartanın bu məsələ ilə bağlı rəsmi mövqeyi açıqlanmayıb. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko qeyd edib ki, Rusiya Ukrayna ərazilərindən çıxmalı, Ukrayna isə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməlidir. Alternativ ssenarilər ola bilməz.

Mətbuatda Cənubi Afrika rəsmilərinin sülh danışıqlarına başlamaq üçün Ukrayna və Rusiyaya səfər etməyə hazır olduqları barədə xəbərlər yayılıb. Altı Afrika dövlətinin təşəbbüsü Ukraynanı Rusiya qoşunlarının onun ərazisində qalmasına baxmayaraq, Moskva ilə sülh danışıqlarına başlamağa razılıq verməyə dəvət etməkdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15