Çərşənbə axşamı, 14 May

Bu ölkə də həftədə 4 günlük iş rejiminə keçməyə başladı

image

Portuqaliyadakı solçu hökumət tərəfindən 100-ə qədər şirkətdə həftədə 4 gün işləmək pilot layihə kimi tətbiq edilməyə başlayıb.

Xəbər verilir ki, bu barədə ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo açıqlama verib.

O bildirib ki, iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başlayıb.

Nazirlikdən verilən məlumatda, 100-ə yaxın şirkətin pilot təcrübədə iştirak etdiyi və ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsinin Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacağı bildirilib.

Yeni layihəyə həftəlik iş vaxtının 40-dan 32-yə endirilməsi daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00