Cümə axşamı, 25 Aprel

Azərbaycanın bəzi rayonlarında 3 gün qaz olmayacaq

image

Sabiarbad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin 3 gün müddətində qaz təchizatında fasilə yaranacaq. 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstana təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

İyunun 6-da saat 14:00-dan etibarən iyunun 8-nə qədər işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33