Bazar ertəsi, 06 May

Bakı metrosunda hansı yeniliklər olacaq? - RƏSMİ

image

"Hazırda B-4 stansiyasının inşaası işləri gedir. 2025-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır".

Bu sözləri açıqlamasında “Bakı Metropolitenin” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakının Baş planı ilə bağlı qərar verildikdən sonra gələcək layihələrin icrası ilə bağlı tarixlər açıqlanacaq: "Qarşıdakı hədəfdə xətlərin ayrılması ilə bağlı iki hissəli işlərin icraası nəzərdə tutulub. Birinci hissədə 5, ümumən isə 9 stansiyanın tikilməsi nəzərdə tutulub.

"Dərnəgül"dən sonra 3 stansiya "Koroğlu"ya birləşəcək. "Koroğlu"nun yaxınlığında keçid stansiyası olacaq. "Xətai"dən sonra "Həzi Aslanov"a kimi 4 stansiyasnın tikilməsi planlaşdırılır. Xətlər ayrıldıqdan sonra "İçərişəhər" stansiyasından sonra iki stansiyanın inşaası nəzərdə tutulub. Beləliklə qatarlar bir yoldan digərinə keçərək əks istiqamətdə hərəkət edə biləcək. Bu da intervalları minimuma salmağa imkan verəcək.

Bakının Baş planında nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar "Koroğlu"dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etməklə "Həzi Aslanov-2" stansiyasına birləşdirilsin".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58