Cümə axşamı, 18 Aprel

Geomaqnit qasırğasının təsiri davam edəcək

image

Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, iyunun 4-ü baş vermiş CME-nin (“Coronal Mass Ejections” - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.

Günəş küləyinin sürəti isə 465 km/san-yə kimi artıb.

Geomaqnit sahə sakit-aktiv fazalarda olub, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməyib. Hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).

Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyəcanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir.

Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 5 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 6-7 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56