Cümə, 29 Mart

Axtarışda olan qadın özünü binadan atdı

image

Ötən gecə saat 01 radələrində Gəncə şəhərində qadın özünü binadan atıb.

Xəbər verilir ki, 3-cü mikrorayonda yerləşən binanın 7-ci mərtəbəsindən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynova özünü atıb. O, hadisə yerində ölüb.

Məlum olub ki, əvvəllər oğurluğa görə məhkum edilmiş qadın hazırda axtarışda imiş. Polis onu barəsindəki Cinayət Məcəlləsinin 326-cı maddəsi əsasında açılmış (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) iş üzrə axtarırmış.

İntiharın hansı şəraitdə və nə səbəbdən baş verməsi araşdırılır. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45