Çərşənbə axşamı, 07 May

“Hindistanda nə çayda cəsədlər var, nə çürüyən meyit” - Jurnalist

image

Rusiyalı jurnalist: “Əvvəlcə düşündüm ki, bu, 10 günlük may tətil səbəbindən turistlərin bu ölkəyə kütləvi axınının qarşısını almaq üçün düşünülmüş plandır, sonra isə anladım ki...”

“Bizə Hindistan haqqında təəccüblü hadisələr göstərilir və izah olunur. Bir Rusiya telekanalında bu ölkədən olan reportajına baxıram: “İnsanlar kütləvi şəkildə ölür, krematoriya da öhdəsindən gəlmir, ölülər küçələrdə yandırılır! Rusiyadan bir turist bizə Hindistanda baş verən dəhşətdən danışdı. Dinləyək… Kadrda ağ maskalı sarışın bir gənc görünür: “Burada çox istidir. 38 dərəcə. Budur bu çay boyunca, deyəsən, indi çoxlu cəsəd var. Sanki minlərlə cəsəd. Bu cəsdələri yandıracaq qədər odun belə yoxdur… "

Uzun illər Hindistanda yaşamış və hazırda bu ölkədə hər gün onlarla dostu və yaxınları ilə əlaqə saxlayan jurnalist Sergey Qolubiçkiy “Novaya qazeta”dakı məqaləsini bu təfsilatla başlayır. Jurnalist yazır ki, bu dəhşət dolu xəbərləri oxuduqda əvvəlcə düşünüb ki, bu, 10 günlük may tətili səbəbindən Rusiyanın turizm firmaların ortaya atdığı, turistlərin kütləvi şəkildə axınının qarşısını almaq üçün plandır. “Sonra isə başa düşdüm ki, turizm lobbisinin bu qədər uzun və davamlı antitəbliğat sifariş etmək üçün kifayət qədər maddi imkanı olmaz. Kampaniyanın mahiyyətinin başqa bir şeydə olduğunu düşündüm”.

Müəllif yazır ki, bu Hindistana qarşı dünyada ilk belə kütləvi antitəbliğat hücumu deyil. Belə ki,bir neçə il əvvəl 6 gənc tələbə qızı zorlayıb öldürən zaman da mediada “Hindistan hər yerdə qadınları zorlayırlar, orada küçədə qadının tək gəzməsi olduqca təhlükəlidir” kimi total hücum başlamışdı. “Həmin altı şəxsi müəyyənləşdirdilər, amma gözlənilmədən Hindistanın hər yerində cinayətkarların edama məhkum edilməsini tələb edən kütləvi nümayişlər baş verdi. Bu ölkədə nadir hallarda ölüm hökmü tətbiq edilirdi. Xalqın təzyiqi altında cinayətkarların edamına icazə verən tələsik bir qanun qəbul edildi. Təcavüzkarlar asılaraq edam olundular”.

Jurnalist yazır ki, bundan sonra Rusiya mediasında dayanmadan Hindistanda təcavüzlə bağlı dəhşətli vəziyyət haqda yazıb. “Son 13 ildə ömrümün çox hissəsini Hindistanda yaşamaq xoşbəxtliyi nəsib olduğu üçün uzaq Rusiyada yazılan bu cür “məlumatların” yalan olduğunu müəyyənləşdirmək mənim üçün çətin deyildi. Amma bu çirkli informasiya axın artdıqca düşünürdüm ki, görünür, mən Hindistanı səhv tanımışam. Buna görə rəsmi statistikanı araşdırdım. Heyrətləndim. Qadına təcavüz sıralamasında 119 ölkə sırasında Hindistan 94-cü yerdə qərarlaşmışdı, həm də əhalisinin sayı nəzərə alınaraq. Rusiyada Hindistandan təxminən iki dəfə çox zorlama vardı, Almaniyada bu rəqəm 9,4, Meksikada 13,2, İsraildə 17,6, İsveçdə - 63, 5, Cənubi Afrikada - 132,4 idi… Bəs, o zaman Hindistandan 35 dəfə çox zorlanma hadisəsi baş verdiyi İsveç haqqında niyə yazmırlar?”

Jurnalist yazır ki, indi də Hindistanda koronavirus dəhşəti haqda yazılanların eyni “yalan informasiya dalğasıdır”. “Əlbəttə ki, möcüzələr olmur, Hindistandan da mənfur xəstəlik dalğası var. Amma küçələrdə, çaylarda cəsədlər, durduğu yerdə ölənlər yoxdur. Hindistanda yüzdən çox tanışım, dostum və həqiqətən mənə yaxın insanlar olduğu üçün yerli televiziyaların kütləvi zombiləşməsinə qapıldım və bu ölkədə yaşayanları birbaşa sorğu-suala tutdum: “Qiyamət həqiqətən gəlib?! “Nə?”- Sualımı əvvəl başa düşmürlər. Soruşuram: “Küçələrdə cəsədlərin yandırıldığı tonqallar varmı?” “Xeyr, yox...” cavabı alıram. “Hər künc meyitlərlə doludur, 38 dərəcə istidə cəsədlər çürüyür?”-yenə israrla soruşuram. Cavab alıram: “Nə danışırsan?!”

Hindistana neçə ildir gəlib-gedən bütün tanınmış və az tanınan video-blogerləri sorğu-sual etməyə keçirəm. Onlar-hansı ki, bu cür dəhşət səhnələri onların əsil “malıdır”- deyirlər: “Rəsmi dəfn yerləri normal işləyir. Heç kim də “minlərlə cəsədin” çayda üzdüyünü görməyib...” Yəni videoya çəkməyə xüsusi bir şey yoxdur...

Jurnalist Hindistanın xəstəlikdən “qırılıb qurtardığı” haqda xəbərlər müqayisə etmək üçün yenə rəsmi statistikaya müraciət edib. “Hindistanda mayın 7-də olan statitistika belədir: indiyədək 21 491 598 virusa yoluxub, 17 612 351 artıq sağalıb, 234 083 nəfər ölüb. Ölüm nisbəti 1.09 faizdir. İndi ABŞ-dakı eyni gündə yayılmış statistikaya baxaq. İnfeksiyaya indiyədək 33.371.237 yoluxma qeydə alınıb. 26.105.941 nəfər sağalıb. 594.036 nəfər ölüb. Ölüm nisbəti 1.78 faiz. Yəni Hindistandan 0.69 faiz daha çox. Bundan heç kim danışmır, amma Hindistanda oksigen çatışmazlığı səbəbindən baş verən “milli fəlakəti” bütün planet bilir. AB və ABŞ çaylarda üzən meyitlər və küçələrdə tonqallar haqqında deyil, onlara necə kömək edə biləcəyiniz barədə nağıllar danışırlar. Yeri gəlmişkən, Rusiya da bu yardımdan kənarda qalmadı: “Sputnik V“ Hindistana verilir, hindlilər xalqımıza səmimi təşəkkürlərini bildirir”.

İndi ən əsas sual: bəs üzən cəsədlər və krematoriyalarla bağlı “xəbər bombardmanlarına” səbəbi nə? Jurnalist qeyd edir ki, Hindistan “günah keçisi” seçilib və bu xəbərlərinin özü bir neçə adamdan dəqiqləşdirdiyi üçün gerçəklə heç bir əlaqəsi yoxdur. “Səbəb odur ki, bu cür qorxu və dəhşət doğuran xəbərlərlə ölkə vətəndaşlarını gündəlik maddi, mənəvi, ictimai-siyasi problemlərin həllindən yayındırırlar. Həyat daha da pisləşdikcə qorxulu dezinformasiya axını güclənir, xalq isə deyir: “Baxın, hindlilər arasında necə dəhşətlər yaşanır. Allaha şükürlər olsun ki, bizim virusdan ölənlərin meyitləri çaya atılmır, 38 dərəcə istidə çürümür, doğma torpaqlarımızdadırlar! "

Jurnalist məsləhət görür ki, Hindistanla bağlı bu cür “dəhşət xəbərlərini” dəqiqləşdirmək üçün bu ölkədəki dost-tanışa zəng etmək yetər…

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24