Çərşənbə, 24 Aprel

Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”

image

Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.

Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib.

“Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır”, - deyə müğənni “Twitter” hesabında qeyd edib.

“NASA, cəmiyyətin şüurunu idarə etməyə çalışmaqdan əvvəl artıq sən də cəmiyyətin bir parçası ol və yadplanetliləri qəbul et. Rahat-rahat ünsiyyət quraq, o irqlərlə bir-birimizə ehtiyacımız var. Yarımçıq məlumatlar da verməyin, bu, cəmiyyətin qavrama qabiliyyətini idarə etmək deməkdir. Konkret şəkildə yadplanetli qardaşlarımız və dostlarımız arasında o körpünün qurulması üçün bir addım atın. Sadələşdirin bir az bu işləri”, - deyə Aleyna Tilki əlavə edib.

Xatırladaq ki, NASA bu günlərdə tarixində ilk dəfə UNO-larla bağlı ictimaiyyətə açıq mətbuat konfransı keçirib. Konfransda indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox, ayda isə 50-dən 100-ə qədər məlumat daxil olduğu bildirilib. Lakin NASA-nın yadplanetlilərin varlığının təsdiqinə dair araşdırmaları davam etdirdiyi vurğulanıb.

Həmçinin UNO-larla bağlı bəzi görüntülər də nümayiş etdirilib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33