Cümə axşamı, 28 Mart

Paşinyan üçün böyük risk: “Sülh müqaviləsi imzalayan kimi dəhşətli...”

image

“Rusiya prosesi idarə edə bilmədiyini görəndə təxribat törədəcək və bunu Azərbaycanın üzərinə atacaq”.

Bu sözləri Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatını dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinə imza atacagi təqdirdə, başına gələcəklərdən qorxur:

“Nikol Paşinyan bir neçə gün əvvəl bəyanat verdi ki, erməni dövlətinə təhdidlər daxildən yox, yalnız xaricdən gəlir. Bu təhdidin haradan gəlməsi hamıya bəllidir. Münaqişənin dinc yolla həll edilməsini Qərb istəyir. Qərb təklif edir ki, iki dövlət öz arasında danışsın, anlaşsın. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla prinsipial mövqeyini ortaya qoyub. Rusiya da bildirir ki, tərəflər razılaşırsa, özləri bilər. Ancaq əllərində çox güclü vasitə var. Həmin vasitə də Qarabağ erməniləridir. Arayik Arutyunyan mitinq və nümayişləri qadağan edib. Sosial şəbəkələrdə kimsə Azərbaycanla anlaşma, Qarabağın Azərbaycana inteqrasiya məsələsi barəsində məlumat axtarsa, həmin şəxsi vətən xaini elan edib, tuta bilərlər. Erməni bloqer Roman Baqratasaryan bir neçə yerə verdiyi müsahibəsində deyib ki, təxminən on gün bundan əvvəl Qarabağ ermənilərinə istinadən Paşinyanın bəyanatından sonra rus hərbçilər gecə saat 11-də “Qarabağ parlamenti”nin deputatlarını yataqdan çıxarıb, saat 12-də “Azərbaycanın tərkib hissəsi olmayacaqlar” deyə bəyanat veriblər. Rusiya istəmir. Rusiya çalışacaq ki, məsələ dinc yolla həll olmasın.  Prosesi idarə edə bilmədiyini görəndə təxribat törədəcək və bunu Azərbaycanın üzərinə atacaq.

Paşinyan bir tərəfdən deyir ki, hazırıq, digər tərəfdən də deyir ki, Qarabağ ermənilərinin həyatlarına zəmanət verin. Bunun üçün onlarla danışıqlar başlamalıdır. Ruslar buna imkan vermirlər. Vitali Balasanyan danışmağa başlamışdı, ruslar onu vəzifədən kənara atdılar.

Prinsip etibarı ilə sülh müqaviləsinin böyük hissəsi razılaşdırılıb. Azərbaycan beynəlxalq hüququn hər kəs tərəfindən qəbul edilən beş prinsipini şərt olaraq ortaya qoymuşdu. Ermənistan da bunu imzalamağa hazırdır. Paşinyan düşünür ki, onu imzalasa, hakimiyyətinə təhlükələr yarana bilər. Birincisi, terror aktı. Terror aktı Ermənistanın müasir həyatına çox geniş yayılmış hadisədir. İrəvanın meri, nazirləri, xüsusi xidmət orqanının rəhbəri, parlament və aparıcı partiyaların sədrləri terrorun qurbanı olub. İkincisi, Paşinyan gözəl bilir ki, erməni ordusunda ali səviyyədə ruslarla çox sıx bağlı adamlar var. Bu təkcə erməni ordusuna xas deyil. 44 günlük müharibə zamanı məcbur olub baş qərargah rəisini kənarlaşdırdıq.

Paşinyan gözəl anlayır ki, əvvəl-axır o müqaviləni imzalayacaq. Məsələ ondadır ki, imzalayan kimi dəhşətli bir təhlükə başının üstünü alacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25