Cümə axşamı, 18 Aprel

Xocalıda avtomobil qəzası: Ölən və xəsarət alanlar var

image

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Qərb bürosuna məlumat verib.

Belə ki, Xocalı rayon Polis Şöbəsinə rayonun Baharlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb.

Hadisə nəticəsində sürücü, sərnişinlər- Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56