Cümə, 03 May

Ailə Məcəlləsinə dəyişiklik edildi

image

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Xəbər verilir ki, dəyişikliklər layihəsində himayədar ailənin yaranmasına və himayədar valideynlərə dair yeni tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi, valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir, valideynlik hüquqlarının məhdudlaşdırılması halları sərtləşdirilir, övladlığa götürmə qaydası təkmilləşdirilir, himayədar ailəyə verilən uşağın monitorinqinin aparılması, fərdi inkişaf planının hazırlanması, ailəsinə qaytarılmış uşaqların həyatı üçün birbaşa təhlükə aşkarlandıqda prokurora məlumat verilməsi, himayədar ailələrə verilmiş uşaqların və himayədar ailələrin elektron qeydiyyatının aparılması, 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı fikrinin öyrənilməsi və s. nəzərdə tutulur.

Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15