Cümə, 03 May

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək? - “Yəqin ki, yaxın günlərdə...”

image

Xalq artisti Rasim Balayev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsində ona ayrılan 28500 manat vəsaitin hansı məqsədlər üçün istifadə olunacağına aydınlıq gətirib.

Aktyor bildirib ki, sözü gedən vəsaitlə "Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı sənədli film çəkiləcək:

"Yəqin ki, yaxın günlərdə filmlə bağlı hazırlıqlara başlanılacaq. Film "Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin təqdim etdiyi layihə əsasında ekranlaşacaq”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən "Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi "Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə qalib olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28500 manat vəsait ayırıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15