Cümə axşamı, 02 May

“Yuventus” Çempionlar Liqasında oynamayacaq

image

İtaliyanın “Yuventus” klubu son 12 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Xəbər verilir ki, komanda 37-ci turun matçında "Milan"a 0:1 hesabı ilə uduzub.

Beləliklə, turinlilərin ölkə çempionatında keçirdiyi 37 oyundan sonra 59 xalı var. Klub A Seriyasının turnir cədvəlində yeddincidir.

Xatırladaq ki, mayın 22-də İtaliya Federal Apellyasiya Məhkəməsi Turin klubunu maliyyə hesabatları ilə saxtakarlığa görə A Seriyasının turnir cədvəlində on xaldan məhrum etmişdi. Bu qərardan sonra Massimiliano Alleqrinin komandasının 59 xalı qalıb.

Eyni zamanda, “Yuventus”un hələ də avrokuboklara düşmək şansı var. Turin klubu 6-cı yerdə olan “Roma”dan bir xal, dördüncü sıradakı “Atalanta”dan iki xal geri qalır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15