Cümə, 26 Aprel

Paşinyan partiyadaşlarına yenə yalan vədlər verdi

image

Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını söyləməsindən sonra Baş nazir hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvlərini inandırıb ki, bu, Qarabağ ermənilərini soyqırımı demək deyil və Qarabağ buradan öz mükafatını görəcək. 

Xəbər verilir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin hakim dairələrdəki mənbələrinin məlumatına görə, müxtəlif formatlarda keçirilən qapalı görüşlərdə Paşinyan sənəd imzalandıqda Qarabağın başına nə gələ biləcəyi variantlarından danışıb.

Qəzet iddia edir ki, o, bir neçə variantı partiyadaşlarına təqdim edib:

“Birincisi, Azərbaycanın tərkibində yüksək muxtariyyət. Bu, o deməkdir ki, “Artsax” Azərbaycana təhlükə yaratmamaq üçün kifayət qədər dövlət səlahiyyətlərinə malik olacaq, amma ordusu olmayacaq. Əgər Azərbaycan “Artsax” xalqının hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, artıq ikinci variant var: “Artsax” Rusiyaya qoşulduğunu elan edəcək. Və ən pis halda, məhv olmaq təhlükəsi “Artsax” sakinlərinin başına gəlsə, onların Ermənistana köçürülməsini təmin edəcəklər”. 

Qeyd edək ki, Paşinyanın bu açıqlaması daha çox daxili auditoriyaya hesablanıb. Ermənistanın hökumət başçısı yaxşı bilir ki, Qarabağda hər hansı muxtariyyətdən söhbət gedə bilməz. Rəsmi Bakı bu mövqeyini dəfələrlə bəyan edib. Görünür, Paşinyan partiyadaşlarını ovutmaq üçün ən ucuz yollara əl atmaqdan çəkinmir. 

Çoxdan tanııdğımız erməni xislətidir, dara düşən kimi özünü büruzə verir...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33