Cümə, 29 Mart

Ucuz qiymətə mənzil almaq üçün hara müraciət etməliyik? - VİDEO

image

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edəcək vətəndaşlar Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalardan kirayə mənzillər ala bilərlər.

Məlumata görə, kirayə üçün müraciət – yaşayış sahəsinin verilməsi üçün yaşayış sahəsi almaq istəyən şəxsin kirayə müqaviləsinin bağlanılması məqsədilə müraciəti, habelə ərizəçinin ailə üzvlərinin müraciəti yalnız "ASAN Xidmət" mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (elektron sistem) yaradılan elektron kabinetdə müvafiq ərizə-anket formasının doldurulması vasitəsilə edilir. 

Müraciətlər real vaxt rejimində elektron sistemdə qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

https://azadsoz.com/M0/1/2023/05/images/20230526_125651_1685091411_c145d325ce.png

Qeyd edək ki, fondun şərtlərinə və tələblərinə əsasən sizin kirayə müqaviləsi üzrə aylıq ödənişinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və ya mənfi kredit tarixçəsi ola bilər). Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş 100 faiz həddində aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir.

Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir.

MİSAL: Ailə alış qiyməti 120 000 manat olan yaşayış sahəsi almaq istəyir. Lakin şəxsi vəsaiti buna kifayət etmir. Bu halda ailə 25 il müddətinə gələcəkdə mülkiyyətə keçməsi məqsədilə yaşayış sahəsini kirayə götürə bilər və bunun üçün cəmi 12 aylıq ödənişi qabaqcadan Fondun hesabına ödəməlidir. Aylıq ödəniş mənzilin alış qiymətinin kirayə müqaviləsi müddətindəki ayların sayına nisbətində müəyyən edilir. Bunun üçün ailə hər ay 400 manat (120 000 manat / 300 ay = 400 manat aylıq ödəniş) ödəmək şərtilə, ilkin olaraq 4800 manat (12 ay * 400 manat aylıq ödəniş) ödəyir.

 

 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45