Şənbə, 20 Aprel

Qaxda polis qəza törətdi, ölən var

image

Qaxda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə dünən saat 23 radələrində Qax rayonunun İlisu kəndi ərazisində baş verib. Polis nəfəri Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü  rayon sakin Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

 Nəticədə hər iki sürücü və “VAZ-2106”dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.  Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20