Çərşənbə, 22 May

Vəzifəli şəxslər cərimə olundu

image

Mayın 15-dən 22-dək olan müddətdə Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şəhər və rayonları ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması faktları aşkar olunub.

Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması), 243.0.1-ci (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Oğuz rayonunda Sincan və Muxas, Şəki rayonunda Qoxmuq, Qax rayonunda Güllük, Qum və Ləkit, Balakən rayonunda Qullar, Zaqatala rayonunda Yuxarı Tala və Suvagil kənd bələdiyyələrinin sədrləri, həmçinin 10 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06