Çərşənbə, 24 Aprel

Saxta sənədlər hazırlayan makler saxlanıldı

image

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair DİN-də xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib. 

Xəbər verilir ki, saxtakarlıq halları əsasında Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.  

Saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib. Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət Soltanov şübhəli şəxs qismində tutulub. Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid  31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk,  rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb.

Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33