Bazar ertəsi, 13 May

Cıdır düzündə 29 il əvvəlki şəkli ilə foto çəkdirdi 

image

Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

Xəbər verilir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib.

"1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacağam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", - o bildirib.

Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib. Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00