Cümə, 01 Mart

Tanınmış həkimin oğlu həbs edildi

image

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 21 yaşlı Əli Rufullazədə həbs olunub.

Xəbər verilir ki, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullzadə barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan təsdiq ediblər.

Qeyd edək ki, 21 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. Onun bir neçə ay öncə "VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

Bu dəfə isə Əli Rufullayevin idarə etdiyi "Hyundai” markalı avtomobilin "VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Göyçay sakini kanalda batdı

  • 01.03.2024 - 18:44
image

Navalnı dəfn edilir - FOTOLAR

  • 01.03.2024 - 14:25
image

Bu ay 16 gün iş olmayacaq

  • 01.03.2024 - 12:53
image

Bakıda dördotaqlı ev yandı

  • 29.02.2024 - 09:22
image

Salyanda körpə vəfat etdi

  • 28.02.2024 - 11:16