Şənbə, 20 Aprel

Britaniya immiqrasiya ilə bağlı yeni məhdudiyyətlər TƏTBİQ EDİR

image

Böyük Britaniya immiqrasiya ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib.

Xəbər verilir ki, qeyri-tədqiqat kurslarında təhsil alan əcnəbi aspirantlar artıq yeni immiqrasiya məhdudiyyətlərinə görə öz ailə üzvlərini Britaniyaya gətirə bilməyəcəklər.

Bildirilib ki, bu il leqal miqrasiya rekord həddə, 700 min nəfərə çatıb.

Baş nazir Rişi Sunak deyib ki, bu addım miqrasiyanı azaltmağa kömək edəcək.

Qeyd edək ki, ötən il əcnəbi tələbələrin himayəsində olan şəxslərə 135 788 viza verilib ki, bu da 2019-cu ilin göstəricisindən təxminən doqquz dəfə çoxdur.

Baş nazir bildirib ki, 2024-cü ilin yanvarında başlayacaq məhdudiyyətlər rəqəmləri əhəmiyyətli dərəcədə dəyişəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20