Cümə, 24 May

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni radar quraşdırıldı - VİDEO

image

Bakıda yeni radar cihazı quraşdırılıb.

Məlumata görə, həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər” istiqamətində yolun sağ tərəfində qoyulub.

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

O bildirib ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir.

Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır.

Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusu hələlik test mərhələsindədir və ona görə də radar qurğusu heç bir cərimə qeydə almır.

Daha ətraflı süjetdə:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah yağış yağacaq

  • 24.05.2024 - 09:54
image

İyunda varlanacaq 3 bürc

  • 22.05.2024 - 20:06
image

Qubada 6 otaqlı ev yanıb

  • 22.05.2024 - 09:40
image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06