Bazar ertəsi, 05 İyun

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşdi - QƏRAR

image

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Xəbər verilir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

"WhatsApp"da yeni funksiya

  • 05.06.2023 - 19:20
image

Sürücülərin NƏZƏRİNƏ

  • 04.06.2023 - 19:55
image

Mövqelərimiz atəşə tutuldu

  • 04.06.2023 - 13:40
image

Bu  gün qəbul imtahanı var

  • 04.06.2023 - 08:58