Şənbə, 20 Aprel

Baxmut təslim edilməyib - Ukrayna MN

image

Rus qoşunları Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir və Baxmut şəhəri uğrunda döyüşlər dayanmır.

Xəbər verilir ki, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.

“Düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirməkdə davam edir.

Ümumilikdə, son sutka ərzində cəbhənin göstərilən bölmələrində 53 toqquşma baş verib, Baxmut və Maryinka hərbi əməliyyatların episentrində qalır”, - deyə Ukrayna Baş Qərargahının bəyanatında qeyd olunur.

Bundan əvvəl “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin Donetskin Artemovsk (Baxmut) şəhərinin tam ələ keçirildiyini açıqlamışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20