Cümə, 29 Mart

Hava limanında naməlum uçan obyekt həyəcanı! - Bütün uçuşlar dayandı - FOTO

image

Türkiyənin Qaziantep şəhərinin hava məkanında naməlum obyektin görünməsi səbəbindən gecə yarısından etibarən Qaziantep Hava Limanından uçuşlar dayandırılıb.

Xəbər verilir ki, uçuşların təxirə salınması səbəbindən yüzlərlə sərnişin saatlarla gözləyir.

Belə ki, Qaziantepdə saat 00:30 radələrində baş verən hadisədə təxminən 9000 fut (2743 metr) yüksəklikdə hərəkət edən iki sərnişin təyyarəsinin heyəti tərəfindən naməlum obyekt aşkar edilib. Pilotlar vəziyyəti Qaziantep Hava Trafik İdarəetmə Qülləsinə çatdırıblar.

Daha sonra naməlum obyekt hava dispetçerləri tərəfindən də təsdiqlənib.

Ardınca Qaziantep hava limanında uçuşlar dayandırılıb. Qaziantepə eniş etməyi planlaşdıran bəzi təyyarələr Şanlıurfa və Adana hava limanlarına istiqamətləndirilib. Gecədən etibarən Qaziantep Hava Limanından 13-ü uçuş, 13-ü eniş olmaqla 26 reys təxirə salınıb.

Yaxın saatlarda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama veriləcəyi bildirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45