Cümə, 29 Mart

Lavrovun qızı əri ilə Gürcüstana getdi, qalmaqal yarandı

image

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun qızı Yekaterina Lavrovanın həyat yoldaşı Aleksandr Vinokurovla Gürcüstanda olması ilə bağlı ölkə mediasında məlumatlar yayılıb.

Xəbər verilir ki, Yekaterinanın Gürcüstanın Kaxetiya bölgəsində olması barədə məlumat qalmaqala səbəb olub.

Bildirilir ki, o, sahibkar həyat yoldaşının qardaşının toyunda iştirak etmək üçün Gürcüstandadır.

Toyun “Kvareli Lake Resort” və yaxud “Akhasheni Wine Resort & Spa” komplekslərində keçirildiyi iddia edilir.

Toya gələn qonaqlar arasında çox sayda rusiyalının olduğu da vurğulanıb. Buna baxmayaraq, Gürcüstanın heç bir rəsmi qurumu bu barədə məlumatları təsdiq etməyib. Adıçəkilən hər iki hotel də orada Lavrov soyadlı heç bir qonağın olmadığını qeyd edib. Bununla belə, hotellər Vinokurov adlı qonaqların olub-olmamasına aydınlıq gətirməyiblər. Eyni zamanda “Akhasheni Wine Resort & Spa” hoteli kompleksdə toy keçirilməsini təkzib edib. 

“Droa” partiyasının lideri Elene Xoştariya isə sözügedən toyun Tbilisidə baş tutduğunu, Kaxetiyada isə qonaqlıq verildiyini iddia edib.

Xatırladaq ki, Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb. Bunun ardınca iki ölkə arasındakı münasibətlərdə gərginlik yaşanıb və Gürcüstan Rusiyanın addımına cavab olaraq ölkə ilə diplomatik əlaqələrini kəsib.

2019-cu ildə isə iki ölkə arasında uçuşlar Rusiya tərəfindən təktərəfli qaydada dayandırılıb. Buna səbəb isə Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində çıxışından sonra Tbilisidə baş verən kütləvi etirazlar olub.

Rusiya Prezidenti Vladimir Putin isə mayın 10-u iki ölkə arasında uçuşlara qoyulan qadağanı ləğv edib. Mayın 19-u Moskvadan Tbilisiyə birbaşa uçuşun həyata keçirilməsi paytaxt sakinlərinin etirazına səbəb olub və aksiyalar təşkil edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45