Cümə axşamı, 02 May

Qazaxıstanda Rusiyanın ölkəni işğal edəcəyi qorxusu kəskin şəkildə ARTIB

image

Qazaxıstanda əhali Rusiyanın ölkəni işğal edəcəyini gözləyir.

Xəbər verilir ki, bunu “Reuters” agentliyi MediaNet və PaperLab təşkilatlarının ictimai rəy sorğusunun nəticələrinə istinadən sübut edir.

Bildirilir ki, Qazaxıstanda 6 ay ərzində Rusiyanın öz ölkələrini işğal edəcəyini ehtimal edən sakinlərin sayı iki dəfə artıb.

Sorğu mayın ilk həftəsində keçirilib, 1100 respondent iştirak edib. Altı ayda Rusiyanın Qazaxıstanı da işğal edə biləcəyindən ehtiyat edən respondentlərin nisbəti 8,3%-dən 15%-ə yüksəlib.

Rəyi soruşulanların demək olar ki, üçdəbiri Ukraynaya davam edən işğala görə Rusiyaya münasibətin pisləşdiyini bildirib. Yarıdan çoxu Rusiyaya münasibətinin dəyişmədiyini bildirib. Təxminən 5 faiz Rusiyaya münasibətinin yaxşılaşdığını bildirib.

Eyni zamanda, ötən ilin dekabrından bəri qazaxıstanlıların Ukraynaya qarşı müharibəyə münasibəti praktiki olaraq dəyişməyib.

Respondentlərin yarıdan çoxu (60%) müharibəyə neytral yanaşdığını, 12,8%-i Rusiyanı, 21,1%-i isə Ukraynanı dəstəklədiyini bildirib.

Qeyd edək ki, Qazaxıstan rəsmi olaraq Rusiya və Ukrayna arasında müharibədə neytral mövqedən çıxış edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna ərazilərinin ilhaqını tanımadığını bəyan edib. Bununla belə, ölkə Rusiya ilə sıx ticarət əlaqələri saxlayır və Tokayev 2023-cü ildə Moskvada keçirilən Qələbə Paradında iştirak edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15