Çərşənbə, 24 Aprel

Ülviyyə Alovlu axtarışa verildi

image

Ülviyyə Alovlu axtarışa verilib.

Məlumata görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, Ülviyyə Muradova (Alovlu) cavabdeh olduğu məhkəmə işi üzrə iclaslara gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən vəziyyəti nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb.

Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.

Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Ü.Muradova barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37