Bazar ertəsi, 06 May

Xanın nazirlərinin həbsi davam edir

image

Pakistan müxalifətinin liderlərindən biri, sərhədyanı regionlar üzrə sabiq dövlət naziri, narkotiklərə nəzarət üzrə keçmiş nazir Şəhriyar Xan Afridi İslamabadda saxlanılıb.

Xəbər verilir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Təhriki-İnsaf Partiyasının liderlərindən biri Xan Afridi keçmiş baş nazir İmran Xanın saxlanılmasından sonra mayın 9-da başlayan kütləvi aksiyaları dəstəkləməkdə ittiham olunur.

Pəncab ştatında da daha bir müxalif siyasətçi Feyzul-Həsən Çoxan saxlanılıb.

Pakistan müdafiə naziri Xavac Məhəmməd Asif bildirib ki, hökumətin Təhriki-İnsaf Partiyasını bağlamaq niyyəti yoxdur, amma aksiyalar zamanı qanunu pozanlara qarşı tədbirlər görüləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15