Bazar ertəsi, 13 May

Medvedyevdən şok: Polşa – işğalda olan ərazimizdir!

image

Qlobal münaqişədə Rusiya deyil, müstəsnalıq iddiaları ilə çıxış edən NATO ölkələrinin siyasəti itirdi.

Xəbər verilir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzması ilə bağlı şərhinə cavab olaraq deyib.

Medvedyev bildirib ki, bir il əvvəl NATO ölkələri təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyaya “vaxtı olmadığı üçün” qulaq asmadı:

“İndi isə bütün NATO-ya üzv ölkələr gecələr yatır və səhərlər Rusiyanı düşünərək oyanırlar. Üstəlik, müvəqqəti olaraq işğal olunmuş Polşa və Baltikyanı əyalətlərimiz kimi xüsusilə qorxaq və xəyali ağrılardan əziyyət çəkənlər özlərini çox çirkləndirdilər”.

Qeyd edək ki, Makron "L'Opinion"a müsahibəsində Rusiyanın artıq geosiyasi baxımdan Ukraynaya qarşı müharibəni uduzduğunu və indi Çinin vassal dövlətinə çevrildiyini demişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44